USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarımızın yeni il kampaniyaları - SİYAHI

27.12.2018 Bank
0 0
Qarşıdan gələn yeni il bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən banklar bayram kampaniyalarına start verib. Belə ki, 30 bank arasında aparılan sorğuya görə əksər banklar kredit kampaniyas, bir hissəsi isə depozit kampaniyası həyata keçirir.

"Kommersant.az" olaraq banklarımızın bayramla əlaqədar kampaniyalarını araşdırdıq və sizlərə təqdim edirik.

Kampaniyalardan faydalanmağı unutmayın!

AccessBank

Deyirlər ki, Yeni ili necə qarşılasan, ili də o cür keçirəcəksən. Yeni ili AccessBank-ın əmanətçisi kimi qarşılayın və ilboyu pulunuz pul gətirsin!

Dekabrın sonunadək Sizin yerli Avropa bankınızda 12 aydan 24 ayadək manat əmanəti yerləşdirin və bayramınıza bayram, sevincinizə sevinc qatın. Müştərilərinə unudulmaz Yeni il bayramı yaşatmaq üçün AccessBank 12% illik faiz dərəcəsi ilə əmanət yerləşdirməyə imkan yaradır. İstəyinizə əsasən, yatırılan vəsait üzrə faiz gəlirini həm müddətin, həm də hər ayın sonunda götürə bilərsiniz.

Ətraflı: https://bit.ly/2Rd7z9m

AtaBank

Yeni ilə daha aşağı faiz dərəcəsi ilə nağd kredit hədiyyəniz olsun. Belə ki, qarşıdan gələn yeni ilimiz 2019 olsa da, AtaBank hamıya 18%-dən başlayan kredit təklif edir.

Kreditin maksimal məbləği: 25 000 manat

Maksimal müddət: 36 ayadək

Faiz dərəcəsi: 18%-dən başlayaraq

Əlavə olaraq götürdüyünüz kreditin məbləğindən asılı olmayaraq Sizə VISA Electron ödəniş kartı da HƏDİYYƏ olunacaq!

Ətraflı: https://bit.ly/2Abb327

Azər Türk Bank

Azər Türk Bankın elan etdiyi 65 günədək faizsiz kredit xətti kampaniyasının müddəti bitsə də, Banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya 10 dekabr tarixindən etibarən yenidən qüvvədədir.

Kampaniya ərzində Bank özünün yeni məhsulunu – fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold və Visa Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.

Ətraflı: https://bit.ly/2AfQba4

2-ci kampaniya - Azər Türk Bank

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank Yeni il münasibətilə başladığı kampaniyaları davam etdirməkdədir.

Növbəti kampaniyada plastik kartların əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 10-28 dekabr tarixləri ərzində müştərilər, dəyərinin yalnız 19 faizini ödəməklə xüsusi imkan və üstünlüklərə malik MasterCard Gold, Visa Gold və MasterCard Platinum, Visa Platinum kartlarına sahib ola biləcəklər.

Məsələn, tarif üzrə qiyməti 50 manat olan bir illik MasterCard Platinum kartını müştəri kampaniya müddətində cəmi 9,5 manat ödəməklə əldə edə biləcəkdir.

Ətraflı: https://bit.ly/2QNkWO0

3-cü kampaniya - Azər Türk Bank

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yeni kampaniyaya start verir.

Kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün onlara imkan yaratmaqdır.

10-28 dekabr tarixləri ərzində davam edəcək bu kampaniya çərçivəsində Azər Türk Banka müraciət edən vətəndaşların əldə etdikləri kredit üzrə ilk ayın faizləri bank tərəfindən müştəriyə hədiyyə ediləcək və bu ay üçün heç bir ödəniş tələb olunmayacaqdır. Kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən faizlər hesablanmaqla bərabər hissələrlə ödənilir.

Ətraflı: https://bit.ly/2SoyFaZ

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı Yeni il münasibətilə müştərilərə xoş bir sürpriz hazırlayıb. Bankın əməkhaqqı və ya pensiya kartına sahib hər kəs dekabrın 10-dan yanvarın 10-a qədər keçirilən kampaniya çərçivəsində nağd pul kreditini indi bankdan cəmi 19%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 20.000 manatadək

• Kreditin müddəti - 60 ayadək

• İllik faiz dərəcəsi - 19%-dən başlayaraq

• Kredit 7000 manata qədər olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Ətraflı: https://bit.ly/2V6WaHi

2-ci kampaniya - Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində müştəriləri daha da məmnun etmək üçün depozit faizlərini artırıb. 10 dekabrdan 10 yanvara qədər keçirilən kampaniya çərçivəsində bankda manatla depozit yerləşdirən müştərilərin illik faiz gəlirinə +1% əlavə ediləcək.

Depoziti 12, 24 və 36 ay müddətinə yerləşdirmək, illik faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar. Bankda depozit yerləşdirmiş müştərilərə məbləğ və müddətindən asılı olaraq plastik kart hədiyyə edilir, faiz gəlirləri kart hesabına köçürülür. Depozit yerləşdirmiş müştərilər nağd pula ehtiyac yarandığı zaman bankdan minimal faizlərlə kredit də əldə edə bilərlər.

Ətraflı: https://bit.ly/2rQQhjM

Bank Respublika

Yeni il ərəfəsində ölkənin aparıcı banklarından biri olan Bank Respublika, hər zaman olduğu kimi, müştərilərini ənənəvi yeni il kampaniyası ilə sevindirdi!

Belə ki, Bank, ilin sonunda xərclərini qarşılamaq və ya yeni ildə özlərini eləcə də yaxınlarını sevindirmək istəyənlər üçün “Hədiyyəli 18” adlı nağd kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində Banka müraciət edən müştərilər nağd istehlak kreditini çox sərfəli şərtlərlə 18%-lə əldə etmək imkanı qazanacaq! Bundan başqa götürülən kreditin məbləğindən asılı olaraq müştərilərə ödənişsiz olaraq Visa və Mastercard kartları HƏDİYYƏ olunacaq!

Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.

Ətraflı: https://bit.ly/2EGQf5U

2-ci kampaniya - Bank Respublika

Yeni ilə hazır olmaq olduqca vacibdir, o cümlədən iş adamları üçün. 2019-cu ildə yeni biznes planlarını həyata keçirmək və ya mövcud bizneslərini genişləndirməyi düşünən sahibkarlar üçün Bank Respublika “19-un ilk faydası”adlı mikro kredt kampaniyasına start verir!

Kampaniya çərçivəsində iş adamları və fərdi sahibkarlar 50.000 manatadək mikro kreditləri 19%-dək ENDİRİM ilə əldə edə biləcəklər!

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Ətraflı: https://bit.ly/2BRHyny

Bank of Baku

Yeniliklərin bankı olan Bank of Baku, 2018-ci ilin son ayında maddi ehtiyaclarını qarşılayaraq, yeni ilə daha sevinclə başlamaq istəyənlər üçün yeni kredit kampaniyasına start verir.

Yeni il qabağı elan edilən bu kampaniya müştərilərin sevincinə səbəb olmaqla bərabər, həm də onlar üçün əsl bayram hədiyyəsinə çevriləcək. Belə ki, kampaniyadan faydalanan müştərilər əmək haqqının 15 mislinədək krediti,

  • ZAMİNSİZ;
  • Komissiyasız;
  • Sığorta haqqı olmadan;
  • və 48 ayadək əldə edə biləcəklər.

Yəni, Bankın istər köhnə, istərsə də yeni müştəriləri, Bank of Baku-ya müraciət edərək, nağd pul kreditini rəsmi əmək haqqı məbləğinin 15 mislinədək ZAMİNSİZ əldə edəcəklər. Məsələn, əgər müştərinin aylıq əmək haqqı 520 AZN-dirsə, həmin şəxs 8000 AZN-dək krediti heç bir zamin tələbi olmadan ala biləcək.

Ətraflı: https://bit.ly/2V8mGQz

Kapital Bank

Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə, BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.

6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, 12 aylıq taksit təklif edən partnyorda ödəniş müddəti 12 deyil, 15 ay olacaq. Ümumiyyətlə, BirKart-ın ölkə üzrə 1000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Ətraflı: https://bit.ly/2PWAtpz

2-ci kampaniya - Kapital Bank

Kapital Bank Yeni il münasibətilə nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı. Artıq hamı Kapital Bank filiallarına müraciət etməklə, illik faiz dərəcəsi 19%-dən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər.

Aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər.

Ətraflı: https://bit.ly/2PYJMFl

Unibank

Unibank kiçik və orta sahibkarlar üçün çox sərfəli Yeni il kampaniyası keçirir. Dekabrın 30-dək Unibanka müraciət edən kənd təsərrüfatı ilə məşğul olan biznes sahibləri krediti

güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə əldə edəcəklər. Fermer götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq.

“İndi al, olanda ödə” kampaniyası fermerlərə bir çox üstünlüklər verir:

- illik 5%-dən başlayan kredit;

- 9 ayadək güzəşt müddəti;

- komissiya 0%;

- 3 ayın faizləri hədiyyə.

Ətraflı: https://bit.ly/2EPfZ0X

2-ci kampaniya - Unibank

Unibank 2018-ci ili hər kəs üçün unudulmaz edəcək. Bank ilin kampaniyasını elan edib: 2018-ci ildə cəmi 18%-dən başlayan kredit götür, ödənişdə 2 ay güzəşt müddəti qazan, aylıq 19 manatdan başlayan ödəniş et! 2018 AZN-dək məbləğin 0% komissiya ilə verildiyi kredit kampaniyasında Albalı Plus kredit kartı da hədiyyə olunacaq.

2018-ci ilin bənzərsiz kampaniyasını qaçırmayın, çünki dekabrın sonunadək davam edəcək.

İndi Unibankdan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:

- illik 18%-dən başlayan faizlər;
- əsas məbləğin ödənişində 2 ay güzəşt;
- 2018 AZN-dək məbləğdə komissiya 0%;
- Albalı Plus kredit kartı hədiyyə;
- sığorta xərci yoxdur;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 20 000 AZN-dək kredit məbləği;
- 48 ayadək ödəniş müddəti;
- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Ətraflı: https://bit.ly/2BFCTUt

3-cü kampaniya - Unibank

Unibank şirkətlər üçün çox lazımlı və sərfəli Yeni il kampaniyası keçirir. İndi Unibankın əmək haqqı layihəsinə qoşulan korporativ müştərilərə əmək haqqı kartları pulsuz veriləcək. Üstəlik bu kampaniyadan faydalanan şirkətlərdən bir il ərzində əmək haqqı layihəsinə görə komissiya tutulmayacaq. Kampaniya 1 fevral 2019-cu il tarixinədək davam edəcək.

Bu kampaniyaya qoşulan korporativ müştərilər aşağıdakı üstünlükləri əldə edəcəklər:

Şirkətlər:

  • Hər bir əməkdaşa 3 illik əmək haqqı kartları hədiyyə (rəhbər şəxslərə premium kartlar);
  • 1 il müddətinə əmək haqqı fondu üzrə xidmət tarifi – 0%.

Şirkət işçiləri:

  • İşçilərin əmək haqqı kartında hesab qalıq məbləğinə 3% gəlir;
  • Kartlarla alış-veriş zamanı 30%-dək cash back;
  • Şirkətin işçiləri üçün illik 7 %-lə ipoteka krediti;
  • Güzəştli şərtlətlə istehlak kreditləri;
  • Albalı Plus kredit kartı hədiyyə.

Ətraflı: https://bit.ly/2Sge5cw

Rabitəbank

Rabitəbank Yeni il kredit kampaniyasına start verdi! Bank "Faizlər Sizi deyil, Siz faizləri sıxın!" adlı kampaniyası çərçivəsində müştərilərinə məbləğindən asılı olmayaraq nağd pul kreditlərinin ilk ay faizni hədiyyə edir! İş yeri, maaş və müddətdən asılı olmayaraq hər kəs 15000 AZN-dək nağd pul kreditlərini illik cəmi 22%-lə götürəcək, üstəlikdə ilk ay faizi Rabitəbankdan hədiyyə olunacaq!

Tələsməyə dəyər, çünki kampaniya müddəti 15 yanvar 2019-cu ilədək davam edir!

Ətraflı: https://bit.ly/2rSOhrl

2-ci kampaniya - Rabitəbank

Yeni ili xaricdə qarşılamağı planlaşdırırsınız? Rabitəbank öz Mastercard plastik kart sahiblərini sevindirməkdə davam edir. İndi Rabitəbankın AZN valyutalı Mastercard kartları ilə Luna Traveldə pos terminallar vasitəsilə edilən nağdsız ödənişlər zamanı 13% endirim əldə edirsiniz, www.hotels24.az internet saytı vasitəsilə edilən nağdsız ödənişlər zamanı isə məbləğin 3%-i cashback olaraq dərhal hesabınıza geri qayıdır.

Bundan əlavə, Rabitəbankın tərəfdaş şəbəkəsindən Mastercard plastik kartları ilə nağdsız əməliyyatlar zamanı 30%-dək endirim və yaxud 15%-dək cashback əldə etmək mümkündür.

Ətraflı: https://bit.ly/2GDYS3K

PAŞA Bank

PAŞA Bank əmək haqqı kart sahibləri üçün 01.12.2018 tarixindən 01.03.2019-ci il tarixinədək kampaniya elan edilir.

Kampaniya müddətində əmək haqqı kartı ilə POS terminal vasitəsi ilə minimum 1 AZN məbləğində ən çox təmassız əməliyyat edən müştəri AppleWatch qazanacaq.

Əlavə məlumat üçün *9123 / (+99412) 496 50 00 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

2-ci kampaniya - PAŞA Bank

PAŞA Bank Gold, Platinum, World Elite, İnfinite kart sahibləri üçün 01.12.2018-ci il tarixindən 01.03.2019-ci il tarixinədək "Qış kampaniyası" elan olunur.

Hər ay POS terminal vasitəsilə 150 AZN və ya bu məbləğin ekvivalentində nağdsız ən çox əməliyyat həyata keçirən üç müştəri 500 AZN məbləğində hədiyyə kuponu, kampaniyanın ümumi müddəti ərzində ən çox əməliyyat edən müştəri 5 000 AZN məbləğində səyahət kuponu əldə edəcək.

Əlavə məlumat üçün *9123 / (+99412) 496 50 00 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

"NBCBank"

"NBCBank" ASC Yeni il ilə əlaqədar 30 000 manatdan yuxarı depozit yerləşdirən müştərilərinə əlavə olaraq dərhal 1% hədiyyə verir. Bayram qabağı pulunuz sizə gəlir gətirsin.

Kampaniyanın müddəti dekabr ayının sonuna qədərdir.

Əlavə məlumat üçün: 932 və ya WhatsApp +994 70 932 0 932

VTB (Azərbaycan)

VTB (Azərbaycan) Yeni il ərəfəsində keçirdiyi aksiya çərçivəsində debet kartı əldə edən müştərilərə bir sıra bank xidmətləri üzrə əlavə endirim və bonuslar təqdim edir.

İndi Visa Gold və Visa Platinum premium kartlarını 3 il müddətinə əldə edən müştərilər fərdi bank seyflərinin icarəsi üzrə 30%, “Onlayn hüquqşünas” məhsulu üzrə isə10% endirim qazanır. Visa Classic, Visa Gold və Visa Platinum kartlarını rəsmiləşdirdikdə SMS-xəbərdarlıq xidməti 3 ay müddətinə pulsuz təqdim olunur. Aksiya 31 yanvar 2019-cu il tarixinədək davam edəcək.

Expressbank

Bəzən özümüzə və yaxınlarımıza sevinc bəxş etmək üçün xırda hədiyyələr kifayətdir. Yeni ildə isə bu mövzu daha da aktuallaşır. Lakin bütün yaxınlarımıza hədiyyə və sevinc bəxş etmək istəsək də bunu etmək bəzən alınmır. Hədiyyənin alınmasında vəsaitlə bağlı yaranan çətinliklərin aradan qaldırılması üçün bilin ki, sizin Expressbank-dan Smilecard adlı köməkçiniz var! Smilecard sizə məhsulu alıb, ödənişini hissə-hissə etməyə imkan yaradır. Beləliklə siz özünüz və yaxınlarınız üçün istədiyiniz hədiyyəni alıb ödənişini 6 və ya 12 aya bölərək asanlıqla hissə-hissə ödəyə bilərsiniz. Hər istifadədən CashBack vasitəsi ilə geri qayıdan məbləğ isə bu kartı daha da sərfəli edir!

Smilecardın üstünlükləri:

Kart pulsuzdur.

İstər POS-terminal vasitəsilə, istər online alış-veriş zamanı ödəniş bərabər hissələr ilə həyata keçirilir.

Ödəniş növündən asılı olmayaraq taksit istıfadə şərtləri eynidir.

POS-terminal vasitəsilə alış-veriş və tərəfdaşların geniş şəbəkəsindən online istifadə zamanı Cashback mövcuddur.

Expresspay ödəniş terminalları vasitəsi ilə rahat ödəniş imkanı;

Əlavə vəsait yerləşdirmək imkanı mövcuddur.

SMS-məlumatlandırma xidməti pulsuzdur.

İstənilən yerdə, həm Azərbaycanda, həm xarici ölkələrdə istifadə edilə bilər.

Yazının bir hissəsi banco.az-dan əldə olunub.