USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2018-ci ilin noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

28.12.2018 Bank
0 0
30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,827.2mln. manat, cəmi öhdəlikləri isə 25,579.7 mln.manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, sektorun balans kapitalı 4,247.5mln. manat olub. 2018-ci ilin noyabrayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə0.5% (137 mln. manat), öhdəlikləri 0.2% (61.5 mln. manat), balanskapitalı isə 1.8% (75.5 mln. manat) artıb. Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12,171.2 mln. manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 mln. manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7,989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində5.9% (447.4 mln. manat)artım olub.

Cari ilin 11 ayı ərzində banklar644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2490 olub.Bank sektorunun işçi heyətinoyabrayında0.6% (110 nəfər) artaraq17 321nəfər təşkil edib.Ümumilikdə isə cari ilin 11 ayında banksektorunda çalışanların sayı 7.1% (1 150nəfər) artıb.

30 noyabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.