ABŞ prezidenti neft qiymətləri ilə bağlı gözləntilərini açıqlayıb.
“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump neft qiymətlərinin aşağı düşəcəyini gözlədiyini bildirib.
O, bu barədə rəsmi “Twitter” hesabında məlumat verib: “Neft qiymətləri aşağıdır. Bu il ərzində qiymətlərin daha da düşəcəyi gözlənilir. Bu isə çox yaxşıdır”.