USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dollar kreditləri azalmaqda davam edir

03.01.2019 Bank
0 0
2018-ci il dekabrın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb.

“Kommersant.az” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,61 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 37,8%, 2018-ci ilin əvvəlinə 40,86% olub.

2018-ci il dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 12 564,2 mln. manat təşkil edib. Bunun da 1 688,7 mln. manatı və yaxud 13,4%-i vaxtı keçmiş kreditlər olub.