USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əməkhaqqı kartlarının sayı kəskin artıb - CƏDVƏL

04.01.2019 Bank
0 0
Azərbaycandakı ödəniş kartlarının sayı artır. Artım daha çox əməkhaqqı kartlarının sayında nəzərə çarpır.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə cəmi ödəniş kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.

Təkcə noyabrda cəmi ödəniş kartlarının sayı 52 min ədəd artıb. Əməkhaqqı kartlarının sayı isə bu ilin yanvar-noyabr aylarında 199 min ədəd çoxalıb.

Bu ilin oktyabr ayı ilə müqayisədə, noyabrda sosial kartların sayı 13 min ədəd azalaraq, 2 milyon 532 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq, 2 milyon 41 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartların sayı 24 min ədəd artaraq, 1 milyon 69 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq, 835 min ədədə çatıb.

İl, ay

Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna)

Debet kartları, Sosial kartlar

Debet kartları, Əmək haqqı kartları

Debet kartları, Digər

Kredit kartları

31.12.2017

5800

2535

1827

815

623

2018

01

5820

2517

1842

807

655

02

5890

2522

1880

814

673

03

5933

2513

1893

814

713

04

6022

2511

1890

866

755

05

6072

2513

1878

897

784

06

6112

2521

1877

914

799

07

6174

2521

1908

922

823

08

6224

2505

1930

953

836

09

6357

2547

1941

982

887

10

6424

2545

2031

1045

803

11

6476

2532

2041

1069

835

Oxu