USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təbiətimizi qoruyaq, ödənişləri onlayn keçirək! - AGBANK-DAN İNTERNET BANKİNQ

07.01.2019 Bank
0 0
Təbiətimizi qorumaq, kağız tələbatını azaltmaq və ödənişləri onlayn keçirtmək üçün AGBankın İnternet Bankinq xidmətinə qoşulmağa tələsin!

"Kommersant.az" xəbər verir ki, informasiya texnologiyaları dövründə, hər hansı bir maliyyə əməliyyatını həyata keçirmək üçün bankın filiallarına getmək və dəyərli vaxtınızı əvvəl tıxaclarda, sonra isə növbələrdə sərf etməyə artıq ehtiyac yoxdur. Hər-hansı bir xidmət haqqını və ya kommunal xidmətlərin hesablarını ödəmək, qohumlarınıza və ya dostlarınıza pul köçürmək, diqər pul köçürmələri, valyuta mübadiləsi, çıxarışlar və ya sadəcə kredit, əmanət, cari və kart hesablarına nəzarət etmək və daha çox xidmətlər, gündə 24 saat, həftədə 7 gün AGBankın İNTERNET BANKİNG xidmətindən istifadə edərək mümkündür.

Bank hesablarını banka gəlmədən nəzarət etmək və idarə etmək üçün imkan yaradan ilk sistemlər 1980-ci illərin ortalarında ABŞ-da müştərilərə təqdim edildi. Home Banking ("Home Bank") adlandırılan xidmət bankın kompüterinə telefon vasitəsi ilə qoşulmaq və ən sadə əməliyyatları aparmaq imkan yaradırdı. Sonra, İnternet texnologiyaların inkişafı öz növbəsində onlayn bankçılıq sisteminin inkişafına da təkan verdi.

05 may 2014-cü il tarixindən etibarən AGBank ASC "İnternet Bank xidməti"ni müştərilərinin istifadəsinə verib. Azərbaycanda fəaliyyət göstərən banklar arasında AGBank “İnternet Bankinq” xidmətinin təhlükəsizliyinə görə High-Tech Bridge və Qualys beynəlxalq İT araşdırma şirkəti tərəfindən A+ dərəcəsinə layiq görülmüşdür. Keçən ilin nəticələrinə görə isə Ingiltərənin ən nüfuzlu online və çap jurnallarından biri GLOBAL BANKING & FINANCE REVIEW MAGAZINE hər il keçirtdiyi GLOBAL BANKING & FINANCE AWARDS® – 2017 – Award Winners Best Internet Banking Azerbaijan 2017 nominasıyasında AGBank ASC qalıb elan edib

(https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2017-award-winners/)

Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edir. Daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər.

Məsafəli bank xidmətlərinin inkişafı AGBank-ın əsas prioritetlərindən biridir. Xidmətlərin siyahısı hər zaman yenilənir və funksionallığı genişləndirilir – hər şey müştərilərin rahatlığı üçün!

Bəs İnternet Banking xidməti vasitəsi ilə hansı xidmətlərdən yararlanmaq mümkündür?

Şəxsi hesablar / kartlar arasında ödənişlər

Bankın müştərilər arası köçürmələri

Kommunal ödənişlər

Büdcəyə ödənişlər

Valyuta köçürmələri

Rubl (RUR) köçürmələri

Kütləvi ödənişlər

Kartdan karta köçürmə

Kartdan şəxsi cari hesaba köçürmə

Cari hesabdan şəxsi kart hesabına köçürmə

Konvertasiya əməliyyatları

Ölkə daxili və xarici bank köçürmələrinin aparılması

Xidməti aktiv etmək üçün, AGBankın istənilən Filialına müraciət