“AXA Mbask” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.
"Kommersant.az" xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, Eldar Qəribovu Şuranın üzvü Yavuz Ölken əvəz edib. Bundan başqa, DŞ-nın üzvü olan Frederik Brays və Giyom Lejön Kristof Knaubla əvəzlənib.
Bununla da, Şura üzvlərinin sayı 5-dən 3-ə düşüb.
"AXA Mbask" Sığorta Şirkətinin 100% səhmdarı dünyada ən böyük sığorta şirkətlərindən biri olan AXA-dır.