USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AGBank ASC - də yenilik

09.01.2019 Bank
0 0
AGBank ASC yeni daha mükəmməl sistemə keçid ilə əlaqədar planlı profilaktik işlər keçirəcək.

"Kommersant.az" xəbər verir ki, 11.01.2019 il tarixində AGBank ASC planlı profilaktik işlər və yeni daha mükəmməl sistemə keçid həyata keçirəcək. Keçiriləcək “apqreydin” üstünlüyü ondan ibarətdir ki, yeni texniki platforma Bank xidmətlərinin inkişafı, yenilənməsi və mükəmməlləşdirilməsi üçün potensial imkanlar yaradacaq.

Bununla əlaqədar 11.01.2019 il tarixində AGBankın Filialların kassaları qısaldılmış iş rejimində fəaliyyət göstərəcək. Xahiş edilir bütün aidiyyatı müraciətlər 11.01.2019 il tarixində saat 16:00 gec olmamaq şərti ilə həyata keçirilsin. Növbəti iş günü (Bazar Ertəsi, 14 yanvar 2019 tarixində) filiallar adı iş rejimində fəaliyyət göstərəcək.

İnternet Banking xidməti vasitəsi ilə əməliyyatlar adi qaydada keçəcək.

Bank müvəqqəti narahatçılığa görə üzr istəyir.

Əlavə məlumat üçün Bankın 135 nömrəsi ilə Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.