USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Kredit Bürosuna sorğuların sayı 70% artıb

10.01.2019 Bank
0 0
Ötən il ərzində Azərbaycan Kredit Bürosuna banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən 1 845 147 sorğu həyata keçirilib.

"Kommersant.az"ın büroya istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70% çoxdur.

Büroya sorğuların 1 651 065-i banklar, 194 082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1 080 463 sorğu yerinə yetirilib.

Azərbaycan Kredit Bürosu 6 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlanıb. Ötən ilin yekunlarına əsasən Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb. 2018-ci il ərzində Büronun sistemindən 30 bank və 38 BOKT istifadə edib.

Ötən dövr ərzində Büro tərəfindən 5 xidmət istismara verilib ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır.

Qeyd olunan dövr ərzində 12 659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 12 573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olub.

Report