USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu maliyyələşmə xairici yox, yerli valyutada aparılsın - AMFA-nın icraçı direktoru

13.01.2019 Bank
0 0
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.

"Kommersant.az" bildirir ki, bunu Trend-ə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:

"Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".

J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:

"Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq".