USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankdan yeni hərrac

14.01.2019 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, AMB-dən bildiriblər ki, yanvarın 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 785 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76 faiz təşkil edib.