USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinə 30 milyon manat ayrıldı

16.05.2018 Bank
0 0
Azərbaycan Respublikasının Prezidenti İlhm Əliyev "Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb

"Kommersant.Az" xəbər verir ki, Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə büdcədən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 30 milyon manat ayrılıb.

Prezidentin digər bir sərəncamı ilə, Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

Həmçinin, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

Diər bir sərəncamla, "Pivot" layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.