Öncə elan etdiyimiz kimi, 11.01.2019 il tarixində AGBank ASC planlı profilaktik işlər və yeni daha mükəmməl sistemə keçid həyata keçirib.
Qeyd etmək istərdik ki, bütün işlər uğurla tamamlanıb və yeni texniki platforma müvəfəqiyyətlə istifadəyə verilmişdir. Keçirilmiş işlərin məqsədi - yeni texniki platformanın Bank xidmətlərinin inkişafı, yenilənməsi və mükəmməlləşdirilməsi üçün potensial imkanların yaradılmasıdır.
Hər zaman müştərilərini və onların təlabatlarını düşünən AGBank durmadan yenilənir, inkişaf edir və zamanla addımlayır.
AGBank bütün Müştərilərinə təşəkkür edir və fürsətdən istifadə edərək, yeni qədəm qoymuş ildə bir daha müvəfəqiyyətlər, uğurlar, bərəkət və yeni ilin yalnız gözəl günlərin gətirməsini arzu edir!