USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmanətlərin sığortalanması sistemində islahatlar müzakirə edilib

16.05.2018 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondunda Dünya Bankının Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının həyata keçirilməsi çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib

"Kommersant.Az" xəbər verir ki, Fondun yaydığı məlumata görə, icraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüş zamanı əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlar, o cümlədən qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, ƏSF-nin "Elektron hökumət" portalında göstərilən elektron xidməti, mərkəzləşdirilmiş sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Fondun təşkilati strukturunun optimallaşdırılmasını qeyd edib.

Eyni zamanda, görüşdə layihə üzrə görüləcək işlər barədə müzakirələr aparılaraq, tədbirlər planının çərçivəsi müəyyənləşdirilib.