"Kapital Bank" 2018 -ci ili 98 milyon mənfəətlə başa vurub.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Kapital Bank"ın xalis mənfəəti ötən ilin 1-ci rübü ilə müqayisədə 75 mln. 791 min manat artaraq 98 mln. 53 min manat olub.
BANKIN AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ ARTIB
Bankın cəmi aktivləri 549 mln. 222 min manat artaraq 3 mlrd. 716 mln. manatı keçib. Bankın cəmi öhdəlikləri 429 mln. 113 min manat artaraq 3 mlrd. 344 mln. manat olub.
CƏMİ KAPİTALI ARTIB
"Kapital Bank"ın cəmi kapitalı 120 mln. 111 min manat artaraq 371 mln. 888 min manat olub.
Bankın xalis faiz gəlirləri 191 mln.797 min manat artaraq 245 mln. 849 min manat olub. Bankın qeyri-faiz gəlirləri 103 mln. 983 min manat artaraq 136 mln. 851 min manata bərabər olub. Bankın qeyri-faiz xərcləri isə 122 mln. 720 min manat artaraq 159 mln. 462 min manat olub.
MƏCMU KAPİTAL 118 MİLYON MANATA YAXIN ARTIB
"Kapital Bank"ın məcmu kapitalı cari ilin 1-ci rübü ilə müqayisədə 117 mln. 792 min manat artaraq 347 mln. 831 min manat olub. Məcmu kapitaldan tutulmalar yarım milyon artaraq 5 mln. 289 min manat olub. Adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2019-cu il tarixinə 2,9 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub.
Qeyd edək ki, "Kapital Bank" 2017-ci ilin 4-cü rübünü rəsmi saytında göstərmədiyi üçün hesablama cari ilin 1-cü rübü ilə müqayisə olunub.