0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 17-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 87-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 115 dollar və ya 1,3% bahalaşaraq 8367 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 963 dollar və ya 10,3% ucuzlaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 23 dollar və ya 3,3% bahalaşaraq 711 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 51 dollar və ya 6,6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma iExec RLC-da(42,54%), ən çox ucuzlaşma isə WAX-də(14,34%) müşahidə olunub.