USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sədr müavini: "AMB kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir"

17.05.2018 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır".

"Kommersant.Az"ın verdyi xəbərə görə, bunu AMB sədrinin birinci müavini Alim Quliyev deyib.

"Krioptovalyuta ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ölkələrdə konservativ yanaşma var. Bəzi aparıcı ölkələrdə isə kriptovalyutaya aydın münasibət yoxdur, rəqəmsal pulların əmtəə kimi formalaşması tam başa çatmayıb. AMB də bu istiqamətdə konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır", - o qeyd edib.

A.Quliyevin sözlərinə görə, kibertəhlükəsizilik məsələsi də diqqətdə saxlanılmalıdır: "Kiber hücumlar maliyyə sistemində boşluqlar olduğunu göstərir. Bu baxımdan texnoloji inqilabların maliyyə sisteminə zərər vurmasının qarşsını alacaq qabaqlayıcı rejimdə tədbirlər görülməsi də vacibdir".