USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ag Bank" riskli dövrünü başa vurdu - Mənfəət açıqladı

17.01.2019 Bank
0 0
AGBank 2018-ci ilin nətcələrini açıqlayıb.

Bankdan "Kommersant.az"-a verilən məlumata görə, ilkin olaraq onu qeyd etmək istəyirik ki, bank 2017-ci ildən fərqli olaraq 2018-ci ili gəlirlə başa vurmuş və il ərzindəi 5,4 mln. manat xalis gəlir əldə edib. Bundan əlavə bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək nizamnamə kapitalını 1,6 mln. manat artıraraq 103,8 mln. manata çatdırıb.

İl ərzində faiz xərclərinin 25% azaldılması hesabına 2018-ci ildə bankın faiz marjasında artım tempi 54% təşkil edib.

Qeyri faiz gəlirləri 5,4 milyon manat artmış, qeyri faiz xərcləri isə 6,3 milyon manat azalıb. Bunun nəticəsində bankın qeyri-faiz marjası 38% artıb. Qeyri faiz gəlirlərin artımı əsasən əməliyyat gəlirlərinin artması hesabına baş verib. Qeyri faiz gəlirlərinin qeyri faiz xərclərini örtülmə nisbəti 112% təşkil edir ki, buda beynəlxalq təcrübədə qəbul olunmuş 50% əmsaldan 2.2 dəfə artıq göstəricidir.

Bankın qəbul etdiyi xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat azalmışdır. Mövcüd kadr potensialından səmərəli istifadə olunması nəticəsində işçilərə çəkilən xərc əvvəlki illə müqayisədə 10% azalıb.

Bankın dayanıqlığını qiymətləndirmək üçün beynəlxalq praktikada istifadə olunan bir sıra göstəricilərdə də müsbət nəticələr əldə olunub. Belə ki, gəlirlərin və xərclərin artım tempi müvafiq olaraq 1,10 və 0,89 olmuş və nəticədə gəlirlərin artımının elastikliyi əmsalı 1,24 olub. Əmsalın 1-dən çox olması vəsaitlərin qənaətlə istifadəsini göstərir. 2018-ci ilin nəticəsinə görə bank keçmiş illərdə itirmiş kapitalını bərpa edib. Belə ki, 31 dekabr 2018-ci il tarixinə bankın məcmu kapital 52,4 milyon manat və məcmu kapitalın adekvatlıq əmsalı 10,11% təşkil edib.