USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB” qanvermə aksiyası təşkil edib

18.01.2019 Bank
0 0
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Bank BTB”də qanvermə aksiyası təşkil olunub.

"Kommersant.az" xəbər verir ki, “Sən də bir həyat xilas et!” şüarı ilə keçirilən qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının işçi heyətinin iştirakı ilə baş tutub. Aksiyada bankın əməkdaşları iştirak edərək talassemiyadan əziyyət çəkən insanlar üçün könüllü donorluq ediblər. Xatırladaq ki, bankda bu tədbir artıq ənənəyə çevrilib.

Qeyd edək ki, tədarük olunan qan komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.