Tarixə nəzər salsaq şahidi olarıq ki, indiki kredit kartlarının ilk sələfləri 1930-cu illərdə istifadəyə verilib. Lakin həmin kredit kartlar yalnız məhdud istifadələr üçün nəzərdə tutulmuşdu. Belə ki, Amerikada bəzi yanacaqdoldurma məntəqələri və restoranlar yalnız öz şəbəkələrində istifadə etmək məqsədilə kredit kart tipli ilk kartları dövriyyəyə buraxırdılar.
Bir çox bankir və qurumlar tərəfindən indiki kredit kart anlayışını tam ehtiva edən ilk kredit kart isə 1958-ci ildə meydana çıxmışdır. Bu Bank Amerikanın “Bank Americard” adlı məhsulu idi. Həmçinin bu tarixi VİSA beynəlxalq ödəniş sisteminin əsasın qoyulduğu tarix kimi də qəbul etmək olar.
Kredit kartlar – Bank tərəfindən ayrılan vəsait hesabına müştərinin nağd və nağdsız əməliyyatları həyata keçirməsinə imkan verən bank məhsuludur. Müasir dövrdə kredit kartları bir çox əlavə üstünlük və funksiyalarla təchiz edilmişdir. Bunlara misal olaraq, taksit funksiyasını, cash-back funksiyasını, güzəşt müddəti (grace period) və s. misal göstərmək olar. Ölkədə fəaliyyət göstərən Bankların bir neçəsində müvafiq məhsullar təklif edilir. Bunlardan bəziləri yalnız kredit xətti özəlliyi daşısa da bəzilərinin əlavə olaraq taksit özəllikləri də var.
Banker.az monitorinq qrupu bu dəfəki araşdırmasında Banklarımızda təklif edən kredit və taksit kartlarını və onların ilkin şərtlərini təhlil edib. Həmin şərtlərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.