USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Bank" 4-cü rübün hesabatını açıqladı

18.01.2019 Bank
0 0
“PAŞA Bank” 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank, 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “PAŞA Bank”ın xalis mənfəəti 30,6% artıb

"Kommersant.az" xəbər verir ki, bankın 2018-ci ilin 4-cü rübünə olan cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 144 mln. manat artaraq 4 mlrd. 695 mln. manat təşkil edib. Bundan başqa bankın cəmi öhdəlikləri 1 mlrd. 128 mln. manat artaraq 4 mlrd. 277 mln. manata çatıb.

BANKIN CƏMİ KAPİTALI ARTIB

"PAŞA Bank"ın cəmi kapitalı 2018-ci ilin 4-cü rübündə 15 mln. 437 min manat artıb. Belə ki, bankın cəmi kapitalı 418 mln. 148 min manat təşkil edib.

FAİZ GƏLİRLƏRİ ARTIB

2017-ci illə müqayisədə “PAŞA Bank”ın faiz gəlirləri 15 milyon 355 min manat və ya 9,7% artaraq 173 milyon 512 min manat təşkil edib. Bank 2017-ci ildə 158 milyon 157 min manat faiz gəliri əldə etmişdi.

"PAŞA Bank"ın qeyri-faiz gəlirləri isə xarici valyutadan xalis gəlirlərin azalması ilə əlaqədar olaraq 32,1% azalaraq 33 milyon 205 min manata düşüb. Qeyd edək ki, Dollar/Manat məzənnəsi sabitləşdiyindən spredlər də azalıb. Spredlərin azalması, bankların valyuta əməliyyatlarından gəlirlərinin azalması ilə nəticələnib.

2018-ci ildə “PAŞA Bank”ın, xərclər gəlirlərdən çıxıldıqdan sonra, mənfəət vergisi xərcindən əvvəl mənfəəti 98 milyon 837 min manat təşkil edib. 2017-ci ildə bu məbləğ 73 milyon 798 min manat idi. “PAŞA Bank” ötən il 21 milyon 780 min manat mənfəət vergisi ödəyib.

BANKIN MƏCMU KAPİTALI ARTIB

Bankın məcmu kapitalı 36 mln. 221 min manat artıb. Belə ki, 2017-ci ilin 4-cü rübündə 274 mln. 183 min manat məcmu kapitala sahib olan bank, ötən ilin 4-cü rübündə 310 mln. 404 min manat məcmu kapitala sahib olub.