USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bank" 28 mln. manata yaxın mənfəət açıqladı

24.01.2019 Bank
0 0
"Xalq Bank" ASC 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bank 2018-ci ili 27 mln. 743 min manat mənfəətlə başa vurub.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bank aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 mln. manat və yaxud 10,73% artıraraq 2 mlrd. 8 mln. 178 min manata çatdırıb. Bundan başqa bankın cəmi öhdəlikləri 2017-ci ilin analoji dpvrü ilə müqayisədə 171 mln. 894 min manat artaraq 1 mlrd. 725 mln. 702 min manat olub.

"Xalq Bank" ASC 2018-ci ilin 4-cü rübündə 282 mln. 475 min manatlıq cəmi kapital açıqlayıb. Bu da 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 22mln. 636 min manat çoxdur.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Xalq Bank" ASC-nin müştərilərə verdiyi kreditlər kəskin artıb. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın müştərilərə verdiyi kredit 70 mln. 381 min manat artaraq 1 mlrd. 382 mln. 604 min manat olub. Bankın depozit portfeli də artıb. Bankın 2018-ci ilin 4-cü rübündə müştərilərinin depoziti (banklar və digər maliyyə institutları istisna olmaqla) 88 mln. 503 min manat artaraq 1 mlrd. 259 mln. 412 min manat olub.

XALİS FAİZ GƏLİRLƏRİ AZALIB

Bankın xalis faiz gəlirləri 2018-ci ilin 4-cü rübündə 86 mln. 483 min manat olub ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 11 mln. 884 min manat çoxdur. Bundan başqa bankın qeyri-faiz gəlirləri 3 mln. 277 min manat azalaraq 9 mln. 585 min manat, qeyri-faiz xərcləri isə 2 mln. 927 min manat artaraq 43 mln. 479 min manat olub.

MƏCMU KAPİTALI ARTIB

Bankın tutumlardan sonra məcmu kapitalı 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 22 mln. 441 min manat artaraq 278 mln. 580 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə 14% -dən 16% -dək yüksəlib.