"Bank of Baku" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Bankın açıqladığı hesabata görə bank 2018 -ci ili
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın 2018-ci ildə cəmi aktivləri 99 mln. 789 min manat azalaraq 300 mln. 71 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 103 mln. 146 min manat azalaraq 260 mln. 126 min manat olub.ğ
"Bank of Baku"nun cəmi kapitalı 3 mln. 358 min manat artaraq 39 mln. 945 min manata bərabər olub.
KREDİT PORTFELİ ARTIB, DEPOZİT PORTFELİ AZALIB
2017-ci ilin 4-cü rübündə overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləği 197 mln. 694 min manat olan "Bank of Baku" 2018-ci ildə bu rəqəmi 2 mln. 709 min manat artıraraq 200 mln. 403 min manata çatdırıb. Müştəri depozitlərindən 1 il ərzində 82 mln. 500 min manat itirən "Bank of Baku" depozitlərini 159 mln. 242 min manata endirib.
FAİZ GƏLİRLƏRİ AZALIB
Bankın xalis faiz gəlirləri 2017-ci illə müqayisədə 2 mln. 766 min manat azalaraq 36 mln. 890 min manat təşkil edib. Bundan başqa bankın qeyri-faiz gəlirləri 1 mln. 865 min manat artaraq 3 mln. 333 min manata, qeyri-faiz xərcləri isə 2017 -ci ilin analoji dövrü ilə müqayisədə 30 mln. 995 min manat artaraq 57 mln. 30 min manata bərabər olub.
2018-ci ili 3 mln. 437 min manat mənfəətlə başa vuran bank 2017-ci ildə 35 mln. 428 min manat mənfəət açıqlamışdı.
Qeyd edək ki, bank kapitalın strukturu və adekvatlığı barədə rüblük hesabatı rəsmi saytında dərc etmədiyi üçün 2018-ci ilə olan məcmu kapitalı barədə məlumat almaq mümkün olmayıb.