"Naxçıvan Bank" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. hesaba görə bank 2018-ci ilin 4-cü rübünü cuzi mənfəət artımı ilə başa vurub.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 196 mln. 541 min manat cəmi aktivlərlə başa vuran bank, cəmi öhdəliklərini 118 mln. 357 min manat olaraq açıqlayıb. Bundan başqa bankın cəmi kapitalı 78 mln. 183 min manat olaraq qeydə alınıb.
"Naxçıcvan Bank"ın mənfəəti 2017-ci ilin 4-cü rübü ilə müqayisədə xalis mənfəətini 1 mln. 422 min manat artıraraq 5 mln. 428 min manata çatdırıb.
Xalis faiz gəlirini 6 mln. 526 min manata çatdıran bank, qeyri-faiz gəlirini 4 mln. 23 min manat, qeyri-faiz xərcini isə 3 mln. 588 min manat olduğunu bildirib.
"Naxçıvan Bank"ın tutumlardan sonra məcmu kapitalı 2018-ci ilin 4-cü rübündə 72 mln. 229 min manat olub.
Qeyd edək ki, bank 2017-ci ilə aid olan hesabatını gizlətdiyi üçün müqayisə etmək mümkün olmayıb.