“Fitch Ratings” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.
"Kommersant.az" agentliyə istinadən xəbər verir ki, “Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.