USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pakistan Milli Bankının Bakı filialı mənfəət açıqladı

29.01.2019 Bank
0 0
Pakistan Milli Bankının Bakı filialı 2018-ci ili 3 min manat mənfəətlə başa vurub. Halbuki, filial 2017-ci ildən 105 min manat zərərlə çıxmışdı.

Ötən il Pakistan bankının gəlirləri 698 min manat, o cümlədən faiz gəlirləri 635 min manat, qeyri-faiz gəlirləri 63 min manat, xərcləri 812 min manat, o cümlədən faiz xərcləri 2 min manat, qeyri-faiz xərcləri 810 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 117 min manat təşkil edib. Maliyyə qurumu mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Bakı filialının aktivləri 11 milyon 543 min manat olub ki, bu da illik müqayisədə 1,2% azdır. Bunun 937 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə filialın kredit portfeli 24,6% kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 4,4% azalaraq 1 milyon 403 min manata düşüb. Bunun 1 milyon 382 min manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 16,7% böyüyüb.

İl ərzində Bakı filialının balans kapitalı isə 0,7% azalaraq 10 milyon 14 min manata düşüb.

renkinq