USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Muğan Bank" 2018-ci ilin hesabatını açıqladı

29.01.2019 Bank
0 0
"Muğan Bank" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bank 2018-ci ili1 mln. 430 min manatlıq mənfəətlə başa vurub.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2017 -ci ilin analoji dövrü ilə müqayisədə 71 mln. 474 min manat artaraq 551 mln. 651 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də 60 mln. 504 min manat artaraq 471 mln. 664 min manat olub.

"Muğan Bank"ın cəmi kapitalı 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 10 mln. 970 min manat artaraq 79 mln. 987 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

Bankın hesabatına görə, "Muğan Bank" 2018-ci ilin 4-cü rübündə 371 mln. 638 min manat müştəri kreditinə sahib olub. Bu isə 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 22 mln. 567 min manat çoxdur. Bankda müştəri hesablarının sayı 79 mln. 25 min manat artaraq 280 mln. 779 min manata çatıb.

FAİZ GƏLİRLƏRİ ARTIB

Bankın 2018-ci il 4-cü rübünü 40 mln. 887 min manat xalis faiz gəliri ilə başa vurub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 906 min manat azdır. Bankın qeyri-faiz gəlirləri 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 7 mln. 372 min manat artaraq 16 mln. 652 min manata, qeyri-faiz xərcləri isə 738 min manat artaraq 2mln. 921 min manata bərabər olub.

MƏCMU KAPİTALI ARTIB

2018-ci ilin 4cü rübündə 82 mln. 549 min manat məcmu kapitala sahib olan bank il ərzində məcmu kapitalını 12 mln. 233 min manat artırıb. Belə ki, bankın 2017-ci ilin sonunda tutumlardan sonra məcmu kapitalı 70 mln. 316 min manat təşkil etmişdi.