USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar təzyiq altında qalmaqda davam edir

29.01.2019 Bank
0 0
Dünya maliyyə bazarlarında dolların ucuzlaşması proqnozlarının aktuallığı və ABŞ-dan açıqlanacaq önəmli göstəricilər investorların diqqət mərkəzində.

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, dolların orta qiyməti bazar ertəsinin minimum səviyyəsini yenidən qırarsa, əlavə olaraq 0.6% də ucuzlaşa bilər.

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də yüksək qalmasına səbəb olur. Beləliklə, qızılın bir unsiya üzrə qiymət 1304$-ın üzərində qalarsa, 1309 və 1314$-a kimi də dəyər qazana bilər.

Bu gün Bakı vaxtı ilə saat 18:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın mənzil bazarında qiymət indeksi və istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

29.01.2019-cı il, çərşənbə axşamı günü İngiltərə parlamentində baş tutacaq "Brexit" sazişi səsverməsi ilə bağlı avro və funt əsaslı valyuta cütlüklərində kəskin hərəkətlilik meydana gələ bilər.

Banco