"Access Bank" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Bankın hesabatına görə "Acess Bank" 2018-ci ili 11 mln. 579 min manat zərərlə başa vurub.
"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Acess Bank"ın cəmi aktivləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 33 mln. 867 min manat artaraq 878 mln. 688 min manat olub. Bundan başqa bankən cəmi öhdəlikləri 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 2018-ci ilin 4-cü rübündə 46 mln. 161 min manata bərabər olub.
"Access Bank"ın cəmi kapitalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 mln. 294 min manat azalaraq 56 mln. 569 min manat olub.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
Bankın xalis kredit və lizinqləri 38 mln. 985 min manat artaraq 542 mln. 488 min manata, depozitləri isə 101 mln. 323 min manat artaraq 501 mln. 138 min manata bərabər olub.
FAİZ GƏLİRLƏRİ AZALIB
"Acess Bank"ın xalis faiz mənfəəti 2 mln. 669 min manat azalaraq 36 mln. 289 min manat olub. Bundan başqa bankın qeyri-faiz gəlir və xərcləri də azalıb. Belə ki, 2017 -ci ilin 4-cü rübündə 14 mln. 754 min manat qeyri-faiz gəlirlərinə sahib olan bank 2018-ci ilin 4-cü rübündə 5 mln. 780 min manatlıq azalmadan sonra 8 mln. 974 min manatlıq qeyri-faiz gəliri açıqlayıb. Bankın qeyri-faiz xərcləri də 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6 mln. 587 min manat azalaraq 60 mln. 309 min manata düşüb.
MƏCMU KAPİTALI TƏLƏBƏ CAVAB VERMİR
"Access Bank" məcmu kapitalı bank qanunvericiliyində nəzərdə tutulan tələbdən – 50 milyon manatdan azdır. Belə ki, 2017-ci ilin 4-cü rübündə 43 mln. 953 min manat məcmu kapitala sahib olan bank, 2018 -ci ilin 4-cü rübündə tutumlardan sonra məcmu kapitalını 13 mln. 925 min manat azaldaraq 30 mln. 28 min manata salıb. 2018-ci ilin sonunda bankda məcmu kapitalın adekvatlıq əmsalı 4.03% təşkil edib ki, bu da normadan 5,97% azdır.
Bank 2018 -ci ilin 4-cü rübündə 11 mln. 579 min zərər açıqlayıb.