USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar 3 manata qədər bahalaşa bilər - AÇIQLAMA

30.01.2019 Bank
0 0
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb. Belə olan halda, dolların hansı həddə qədər bahalaşağı müzakirə mövzusuna cevrilib.

"Kommersant.az" xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərliy açıqlama verib.

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib:

"Neft qiymətləri ilə bağlı problemlər davamlı şəkildə olacaqsa, Azərbaycan hökuməti valyuta ehtiyatlarından manatın məzənnəsi üçün istifadə etməyəcək. Yumşaq formada məzənnənin dəyərdən düşməsinə çalışacaq, bununla bağlı qərarlar verəcək.

2018-ci ilin sonunda maliyyə naziri Samir Şərifov da manatın məzənnəsinin möhkəm olmasının Azərbaycan iqtisadiyyatına sərf etmədiyini söyləmişdi".

Ekspert dolların bahalaşacağı halda, üçüncü devalvasiyanın da qaçılmaz olacağını bildirib:

"Neft qiymətlərində azalmalar davamlı şəkildə getsə, 2020-2021 ildə təqribən 2 manat bir dollara bərabər ola bilər. Neft 40 dollardan aşağı düşərsə, manat daha kəskin ucuzlaşa bilər. Bu zaman 1 dolların 3 manata qədər bahalaşması mümkündür".

Yenicag