USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın sədri inflyasiya proqnozunu açıqlayıb

30.01.2019 Bank
0 0
Türkiyə Mərkəzi Bankı (TCMB) 2019-cu ilin sonu üçün inflyasiya proqnozunu 15.2%-dən 14.6%-ə faizə, 2020-ci ilin sonu üçün isə 9.3%-dən 8.2%-ə endirib.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın sədri Murat Çetinkaya: "İnflyasiyanın 2019-cu ilin sonunda 14,6% olacağı, 2020-də 8,2%-ə, 2021-də 5,4%-ə geriləyəcəyi təxmin edilməkdədir" deyib.

Çetinkaya, inflyasiya proqnozlarının endirilməsinin neft qiymətinin aşağı düşməsi ilə bağlı olduğunu vurğulayıb.

Mərkəzi Bankın açıqlamasından sonra Türk Lirəsi 1%-ə yaxın bahalaşıb. Dollar/TL məzənnəsi 5,27 səviyyələrinə düşüb.