USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qala Həyat” hesabatını açıqladı

31.01.2019 Bank
0 0
Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, tətbiq edilmiş düzgün strategiya nəticəsində şirkət əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də öz mövqeyini daha da gücləndirərək ili uğurla başa vurub.

Nəticə etibarilə sığorta portfelində icbari və həyatın ölüm halından sığortası növünün payı genişlənib. Belə ki, ötən ildə icbarı növ üzrə satışın həcmi 12,6%, həyatın ölüm halından sığortası növü üzrə isə 10%-dək artmışdır. Ümumilikdə isə peşəkar komanda tərəfindən ötən ildə fərdi və korporativ müştərilər üzrə 16 mln. manatadək sığorta haqqı yığılmış, 12 mln. manatdan çox sığorta ödənişi verilmişdir. Bununla da, 2018-ci ili hədəflərə uğurla çatmaq kimi qeyd etmək olar.

Bununla yanaşı, şirkət ötən il ərzində Azərbaycan iqtisadiyyatına, o cümlədən sığorta bazarının inkişafına öz mühüm töhfəsini verərək bazarın qabaqcıl həyat sığortası şirkətləri sırasında qərarlaşıb. Göstərdiyi yüskək və keyfiyyətli sığorta xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən "Qala Həyat" 2018-ci ildə korporativ dəyərlərə malik maliyyə qurumu imicini də qazanıb. Ötən ilin sonunda "Qala Həyat" şirkətinə "Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə" nominasiyası üzrə təqdim olunmuş beynəlxalq mükafat şirkətin bazara olan dəstəyini bir daha sübut edib. Şirkət ötən il ərzində bir neçə sosial aksiya, eləcə də sinerji proqramı çəçivəsində bir sıra tədbirlər həyata keçirib.