Deputat Vahid Əhmədov “ Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.
O, çıxışında vurğulayıb ki, bu qanun 2016- ci ildən tətbiq edilməyə başlanılıb:
“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması ilə bağlı yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək.
Bankları da əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”.
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi bankın sədri Elman Rüstəmov bildirib ki, "zərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırıla bilər.