USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdsız əməliyyatların xüsusi çəkisi artıb

01.02.2019 Bank
0 0
Azərbaycanda ötən il plastik kartlarla 16 mlrd. manat məbləğində əməliyyat aparılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, bunun 13 mlrd. manatı nağd pulun çıxarılması ilə bağlı olub. Kart əməliyyatlarında nağdsız əməliyyatların xüsusi çəkisi 17% təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 10,2% olub, əvvəlki illərdə isə 4% civarında dəyişib.