USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vətəndaşların manata olan inamı azalıb - STATİSTİKA

05.02.2019 Bank
0 0
2018-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə fiziki şəxslərin banklardakı əmanətləri (əhalinin əmanətləri) 301,9 milyon manat artaraq 8 milyard 375,4 milyon manata qalxıb.

"Kommersant.az" xəbər verir ki, xarici valyutada əmanətlər daha çox artıb.

Mərkəzi Bankın statistikasına görə, Dekabr ayında milli valyutada olan əmanətlər 119,8 milyon manat artaraq 3 milyard 142,2 milyon manata, xarici valyutadakı əmanətlər isə 182,1 milyon manat artaraq 5 milyard 233,2 milyon manata çatıb.

Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.