Azərbaycanda fəaliyyət göstərən bankların 2018-ci ilin sonuna açıqladığı hesabata görə, ən yüksək və ən az cəmi kapitala sahib olan banklar məlum olub.
"Kommersant.az" Azərbaycanda fəaliyyət gösətərən 30 bankın hesabatına əsasən xəbər verir ki, 1 mlrd. 161 mln. 526 min manatlıq cəmi kapitalla "Azərbaycan Beynəlxalq Bankı" siyahıya sahiblik edir. Siyahıda 2 -ci sırada isə 418 mln. 148 min manatla "Paşa Bank" qərarlaşıb. 46 mln. 260 min manatlıq ara məsafəsi ilə 3-cü sırada "Kapital Bank" qərarlaşıb. Belə ki, "Kapital Bank" 2018 -ci ilin sonunda 371 mln. 888 min manatlıq cəmi kapitala sahib olub.
ƏN AZ CƏMİ KAPİTAL SİYAHISI
Ən az cəmi kapitala sahib olan "Pakistan Milli Bankı (Azərbaycan)" 10 mln. 14 min manatlıq cəmi kapitalı olduğunu elan edib. "Amrah Bank" 2018-ci ilin sonunda 26 mln. 401 min manatlıq cəmi kapitalla siyahıda 2-ci sırada qərarlaşıb.