USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bankının rəhbəri o ola bilər

05.02.2019 Bank
0 0
Dünya Bankının rəhbəri vəzifəsinə ABŞ-ın Maliyyə Nazirliyinin baş meneceri Devid Melpas seçilə bilər.

"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp D. Melpası sözügedən vəzifəyə namizəd kimi göstərəcəyini bankın əsas səhmdarlarına bildirib.

Trampın tərəfdarlarından biri kimi tanınan D. Melpas digər səhmdarların da razılığını alarsa Dünya Bankının rəhbəri olacaq. Məlumatlara əsasən avropalı səhmdarlar sözügedən şəxsin namizədliyinə etiraz etməyib.

Qeyd edək ki, rəhbər kürsüsünə Trampın qızı İvanka Trampın da namizəd olacağı söylənilmiş, daha sonra isə bu məlumat təkzib edilmişdi.

Fins