USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların məcmu kapital üzrə - REYTİNQİ

06.02.2019 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən 30 bank 2018-ci ilin 4-cü rübünə olan hesabatlarını açıqlayıb.

"Kommersant.az" bankların hesabatına əsasən xəbər verir ki, 4 bankın məcmu kapitalı bank qanunvericiliyində nəzərdə tutulan tələbdən – 50 milyon manatdan azdır.

Siyahıya əsasən "Access Bank" 30 mln. 28 min manatlıq məcmu kapitalla (tutumlardan sonra) riskli banklar arasında ilk sırada qərarlaşır. Cuzi fərqlə siyahlda 2-ci sırada qərarlaşan "Bank of Baku" 31 mln. 449 min manatlıq məcmu kapitala sahibdir.

Tutumlardan sonra ən az məcmu kapitala sahib olan bank "Pakistan Milli Bankı (Azərbaycan)" 10 mln. 87 min manat məcmu kapitala sahib olub. Azərbaycan və Pakistanın qardaş münasibətinə görə banklara tətbiq olunan 50 milyonluq məcmu kapital tələbi "Pakistan Milli Bankı (Azərbaycan)"a aid edilmir.

Ən yüksək məcmu kapitala sahib olan bank "Azərbaycan Beynəlxalq Bankı" siyahıya liderlik edir. Belə ki, bankın tutumlardan sonra məcmu kapitalı 981 mln. 807 min manat olub. Ən yüksək məcmu kapitala görə "Kapital Bank" 347 mln. 831 min manatla 2-ci sırada, 3-cü sırada 310 mln. 404 min manatlıq məcmu kapitalla "Paşa Bank", 4-cü sırada isə 278 mln. 580 min manatla "Xalq Bank" qərarlaşır.

"Kommersant.az" bankların tutumlardan sonra məcmu kapital siyahısını təqdim edir:

BANKIN ADI

MƏCMU KAPİTAL

Access Bank

30 mln. 28 min

AFB Bank

84 mln. 937 min

AG Bank

52 mln. 355 min

Amrah Bank

Ata Bank

137 mln. 245 min

Azərbaycan Beynəlxalq Bankı

981 mln. 807 min

Azərbaycan Sənaye Bankı

67 mln. 405 min

Azər Türk Bank

52 mln. 327 min

Bank Avrasiya

63 mln. 750 min

Bank of Baku

31 mln. 449 min

Bank BTB

54 mln. 730 min

Bank Respublika

52 mln. 503 min

Premium Bank

130 mln. 440 min

Bank VTB (Azərbaycan)

Express Bank

114 mln. 829 min

Günay Bank

61 mln. 164 min

Xalq Bank

278 mln. 580 min

Kapital Bank

347 mln. 831 min

Melli İran Bankı (Bakı filialı)

-

Muğan Bank

82 mln. 549 min

Naxçıvan Bank

72 mln. 229 min

NBC Bank

57 mln. 884 min

Nikoil Bank

67 mln. 895 min

Pakistan Milli Bankı (Bakı)

10 mln. 87 min

Paşa Bank

310 mln. 404 min

Rabitə Bank

102 mln. 979 min

Turan Bank

64 mln. 162 min

Uni Bank

63 mln. 450 min

Yapı Kredi Bank (Azərbaycan)

70 mln. 227 min

Ziraat Bank (Azərbaycan)

63 mln. 934 min