0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 18-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 92-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 317 dollar və ya 3,7% ucuzlaşaraq 8051 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 970 dollar və ya 10,7% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 36 dollar və ya 5% ucuzlaşaraq 675 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 59 dollar və ya 8% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Syscoin-da(13,19%), ən çox ucuzlaşma isə Polymath-də(13,19%) müşahidə olunub.