Bank VTB (Azərbaycan)-ın kart sahibləri Azərbaycan Mərkəzi Bankının “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyasında iştirak edə bilər.
"Kommersant.az" xəbər verir ki, aksiyada iştirak etmək üçün kart istifadəçiləri POS-terminal vasitəsilə 5 manat məbləğindən başlayaraq nağdsız əməliyyataparmalıdır. Aksiya30 aprel 2019-cu il tarixinədək davam edəcək.
Qalib hər ay Azərbaycan Mərkəzi Bankında Tiraj Komissiyasının iştirakı illə kompüter proqramı vasitəsilə müəyyən olunur. Uduş 50 manat təşkil edir - bu vəsait qalib gələn şəxsin kartına Cash Back şəklinə mədaxil olunur.
Lotereyanın şərtləri barədə ətraflı məlumatı MB saytından əldə etmək mümkündür.