Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir.
Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə AGBankın ödəniş kartları (əmək haqqı kartlar daxil) ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında (internet xaric) minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir.
Lotereyaya qoşulmaq istəyənlər, lakin kartları olmayanlar heç də məyus olmasınlar! AGBankın ödəniş kartlarını çox sadə əldə edə bilərlər. Bunun üçün Müştərilər bankın istənilən filialına tək Şəxsiyyət Vəsiqələri ilə yaxınlaşaraq, AZN, USD, EUR və ya GBP valyutalarında kartları əldə edə bilərlər. Kartı bu gün sifariş edin, gələn iş günü hazır olsun! Təcili hallarda isə kartı hətta rekord qisa müddətdə - cəmi 1 iş günü ərzində əldə etmək mümkündür!
1992-ci ildə fəaliyyətə başlamış və 09.11.2018 tarixində öz 26-illiyini qeyd etmiş AGBank ASC VISA International, Mastercard İnternational beynəlxalq ödəmə sistemlərinin mühüm üzvüdür. Bankda həm standart, həm premium kateqoriyalı kartlar mövcuddur. AGBank müştərilərinə Electron, Standart, Classic, Virtual, Gold, Platinum, İnfinite, Signia, Priority Pass kartlarını təqdim edir. Kartların 1 illik qiyməti isə kartın növündən asılı olaraq, cəmi 10 AZN-dən başlayır.
Standart kateqoriyalı kartlar rahat ödəmələr və nağdlaşdırmalar üçün çox əlverişlidirlər.
Premium kateqoriya kartlarını əldə etməklə daha böyük statusa və imkanlara malik olmaq, istənilən yerdə xüsusi xidmət və güzəştlərdən istifadə etmək mümkündür.