"YapıKredi Bank" İdarə Heyəti üzvlüyündə dəyişiklik edib.
"Kommersant.az" xəbər verir ki, bankın İdarə Heyəti üzvlüyünə Sinan Ağırbaş təyin edilib. Eyni zamanda, bankın müşahidə şurasına da yeni üzv təyin edilib.
Belə ki, müşahidə şurasının yeni üzvü Albert Angersbach olub.