“Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi açılıb.
"Kommersant.Az"ın əldə etdiyi məlumata görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (lülli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda Baş İdarədə iş üzrə istintaq tədbirləri davam etdirilir.
İttihama əsasən, filialının vəzifəli şəxsləri 2014-2015-ci illərdə Azərbaycan Mərkəzi Bankının “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.