0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 19-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 78-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 184 dollar və ya 2,2% bahalaşaraq 8252 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 99 dollar və ya 1,1% ucuzlaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 17 dollar və ya 2,5% bahalaşaraq 694 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 38 dollar və ya 5,7% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Binance Coin-da(22,92%), ən çox ucuzlaşma isə Mithril-də(4,56%) müşahidə olunub.