USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AxaMBASK”dakı işindən ayrılıb

20.02.2019 Bank
0 0
“AxaMBASK” sığorta şirkətinin daha bir vəzifəli şəxsi işindən ayrılıb.

"Kommersant.az" fed.az-a istinadən xəbər verir ki, şirkətin satış üzrə direktoru Əliağa Nağıyev tutduğu vəzifədən uzaqlaşmalı olub.

Ə.Nağıyevin sözlərinə görə, şirkətdən ayrılmağının səbəbi AxaMBASK-ın mövcud vəziyyəti ilə bağlı olub: "Şirkətdən tam olaraq ayrıldım, hazırda digər şirkətlərdən aldığım təklifləri dəyərləndirirəm. Satış meneceri olaraq ümid edirəm ki, yaxın günlərdə təkliflərlə bağlı qərarımı verəcəm".

Qeyd edək ki, AxaMBASK fəaliyyətini kəskin məhdudlaşdırıb. Yanvar ayının əvvəlindən etibarən şirkət əksər sığorta xidmətləri üzrə yeni müqavilələr qəbul etməyi dayandırıb. Cari ilin fevral ayından isə şirkət bütün əməkdaşlıq etdiyi sığorta agentləri ilə əməkdaşlığı dayandıraraq onlar üçün online platformada nəzərdə tutulan "user"ləri (sığorta agentləri üçün istifadəçi paneli) bağlayıb.