“AtaBank” ASC Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş milli qəhrəmanın oğlu Oruc İbrahimovun vəzifəsini artırıb.
“AtaBank” ASC-nin yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib.
Qeyd edək ki, Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.
Biznesin İnkişafı Departamenti Marketinq və Kommunikasiyalar Departamentilə müqayisədə daha çox şöbəni özündə birləşdirir
Məlumat üçün bildirək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur. (Marja)