“Meqa Sığorta” ASC-in cəmi gəlirləri 2018-ci ildə 27,02 mln manat təşkil etmişdir. İlin əvvəli ilə müqayisədə sonunda cəmi gəlirləri bu il 34 % artıb.
"Kommersant.az" bu barədə şirkətin 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.
2018-ci ildə "Meqa Sığorta" ASC-in cəmi xərcləri 21,071 mln manat təşkil edib ki, öncəki ilin analoji dövrü ilə müqayisə 51,6% artıb.
Onu da qeyd edək ki, 2018-ci ildə hesabat dövründə xalis mənfəət 4 mln. 756 min manat idisə, 2017-ci ildə isə xalis mənfəət isə 4 mln. 968 min manat olub. Belə ki, 2018-ci ildə xalis mənfəət 4 % azalıb
2018-ci ildə "Meqa Sığorta" ASC-in cəmi aktivləri hesabat ilinin əvvəlində 35,52 mln manat. Hesabat ilinin hesabat dövrünün sonuyla müqayisədə bu şirkətin cəmi aktivləri 16 % azalıb.
Onu da bildirək ki, hesabat ilinin əvvəlində cəmi öhdəliklər 9,849 mln manat təşkil edib. Hesabat dövrünün sonunda isə "Meqa Sığorta" ASC-in cəmi öhdəlikləri 18,646 mln manat olub. Müqayisəyə əsasən deyə bilərik ki, hesabat ilinin əvvəlində cəmi öhdəliklər 47 % azalıb.