USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron Ticarətin İnkişafında Lider Bank - AGBank ASC

28.02.2019 Bank
0 0
Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan etmiş və qalib bankları mükafatlandırmışdır.

"Kommersant.az" xəbər verir ki, “Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasında l yer AGBank ASC qazandı!

Mükafatlandırma tədbirində Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən qeyd olundu ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir.

1992-ci ildən fəaliyyətə başlayan və bu il öz 27 illiyini qeyd edəcək AGBank ASC bu illər ərzində müştərilərinin etimad və etibarını qazanıb. Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilir.

AGBank - Zəngin olmaq haqqınızdır!