USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl yenə bahalaşmaqda davam edir

04.03.2019 Bank
0 0
"Merian Gold & Silver Fund"a görə, qızılın bahalaşması yeni başlayır və investorların Fed-in daha "göyərçin" mövqeyini tam olaraq hesaba qatmaları ilə, qiymətlər yüksəlişə keçəcək.

Fonda görə, bəzi investorlar hələ də kənarda gözləyirlər. Qızılın unsiyasının qiyməti 1360 dolları keçdikdən sonra investorlar alışlara başlayacaqlar.

Fed-in faiz artırmağı təxirə salması qızılın bahalaşmasına səbəb olur. Ötən həftə Fed sədri faiz artırmaq məsələsində səbrli olacaqları sözünü təkrar edib.

Bu dəqiqələrdə qızılın unsiyası 1294 dollar səviyyələrindədir. Fevralın ortasında qızılın unsiyasının qiyməti 1346.80 dollara qədər qalxmışdı.

"Göyərçin" mövqe yumuşaq pul siyasətinə (faiz artırmamağa), "Şahin" mövqe isə sərt pul siyasətinə (faiz artırmağa) tərəfdar olmaqdır.