Bank “BTB” ASC 4 mart-dan 1 maya-dək İnternet Bankinq xidmətinə qoşulacaq hüquqi şəxslər və fərdi sahibkarlar üçün endirim Kampaniyası elan edir. Kampaniya İnternet Bankinq xidmətinin inkişafına və müştərilərin daha operativ, təhlükəsiz və sərfəli şərtlərlə əməliyyat aparmalarınaünvanlanıb.
"Kommersant.az" xəbər verir ki,Bank BTB İnternet Bankinq vasitəsilə edilən əməliyyat sifarişləri üzrə tariflərə 2019-cu ilin sonunadək 20% endirim təqdim edir.
Kampaniyanın şərtlərinə əsasən endirimli təriflər yalnız Bank “BTB” ASC ilə güzəştsiz standard tariflərlə müqavilə bağlamış və ya yeni müqavilə bağlayacaq hüquqi şəxs və ya fərdi sahibkar olan müştərilərə aid olunur.
Kampaniya çərçivəsində müştərilər banka gəlmədən İnternet Bankinq vasitəsilə edəcəkləri əmək haqqı köçürmələri, ölkədaxili AZN köçürmələri, bank xaricinə USD, EUR, GBP və RUB valyutasında olan köçürmələri, həmçinin nağdsız konvertasiya əməliyyatı sifarişlərini, banka gələrək edəcəkləri əməliyyat sifarişlərilə müqayisədə 20% endirimli tariflərlə icra edə biləcəklər.
Qeyd edək ki, Bank “BTB” ASC-nin İnternet Bankinq əməliyyatını aktivləşdirmək üçün müştərilər bankın istənilən xidmət nöqtəsinə müraciət edə bilərlər.
Bank BTB-nin İnternet Bankinq xidmətindən istifadəçilərin rahat istifadəsi üçün rəsmi saytında İnternet Bankinq bölməsində video təlimatlar yerləşdirilib. Video təlimatlar “İnternet Bankinq”da mövcüd olan bütün əməliyyatların həm vizual həm də audio formatında təsvirini əhatə edir.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.